Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirinə yekun vurulub.
Corner.az-ın məlumatına görə, sonuncu yarış günündə bilts növündə 7 tur oynanılıb.
Rapid və blitsdəki yekun nəticələrə əsasən, ABŞ təmsilçisi Fabiano Karuana və macarıstanlı Riçard Rapport eyni - 24 xal topladığından birinci yerin sahibini müəyyənləşdirmək üçün şahmatçılar öz aralarında armageddon oynayıblar. Rəqibinə qalib gələn Karuana turnirin qalibi olub.
Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarov 22,5 xalla turniri 3-cü pillədə başa vurub. Rauf Məmmədov (15,5 xal) 5-ci, Vüqar Əsədli (10 xal) isə 7-ci yerlə kifayətlənib.
VIII tur
Şəhriyar Məmmədyarov - David Navara (Çexiya) - 0:1
Rauf Məmmədov - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Vüqar Əsədli - Fabiano Karuana (ABŞ) - 0:1
Riçard Rapport (Macarıstan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
IX tur
Vüqar Əsədli - Şəhriyar Məmmədyarov - 0:1
Fabiano Karuana - Rauf Məmmədov - 0,5:0,5
Sergey Karyakin - David Navara - 1:0
Vişvanatan Anand - Riçard Rapport - 0,5:0,5
X tur
Şəhriyar Məmmədyarov - Sergey Karyakin - 1:0
Rauf Məmmədov - Vüqar Əsədli - 1:0
Riçard Rapport - Fabiano Karuana - 0,5: 0,5
David Navara - Vişvanatan Anand - 0:1
XI tur
Rauf Məmmədov - Şəhriyar Məmmədyarov - 0,5: 0,5
Vüqar Əsədli - Riçard Rapport - 0,5: 0,5
Vişvanatan Anand - Sergey Karjakin - 0,5: 0,5
Fabiano Karuana - David Navara - 1:0
XII tur
Şəhriyar Məmmədyarov - Vişvanatan Anand - 0,5: 0,5
Riçard Rapport - Rauf Məmmədov - 0:1
David Navara - Vüqar Əsədli - 0,5: 0,5
Sergey Karjakin - Fabiano Karuana - 0,5: 0,5
XIII tur
Riçard Rapport - Şəhriyar Məmmədyarov - 0,5: 0,5
Rauf Məmmədov - David Navara - 0,5: 0,5
Vüqar Əsədli - Sergey Karyakin - 0,5: 0,5
Fabiano Karuana - Vişvanatan Anand - 1:0
XIV tur
Sergey Karyakin - Rauf Məmmədov - 0:1
Şəhriyar Məmmədyarov - Fabiano Karuana - 0:1
Vişvanatan Anand - Vüqar Əsədli - 0,5: 0,5
David Navara - Riçard Rapport - 0:1
Arameddon
Fabiano Karuana - Riçard Rapport - 1:0
Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.