26 noyabr 2024. Çərşənbə axşamı

Nüfuzlu turnirin qalibi olduğuma görə çox sevinirəm


  • Offside
  • 11:11 24.12.2021
  • Oxunma sayı: 133
Nüfuzlu turnirin qalibi olduğuma görə çox sevinirəm

"Şəhriyar Məmmədyarovla ilk oyun çətin keçdi. Sonrakı qarşılaşmada az qalsın məğlub olacaqdım. Amma daha sonra macarıstanlı Riçard Rapportu armageddonda məğlub etdim. Belə nüfuzlu yarışın qalibi olduğuma görə çox sevinirəm".

Corner.az xəbər verir ki, bu fikirləri Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin qalibi Fabiano Karuana yarışın rəsmi saytına açıqlamasında deyib.

ABŞ-dan olan 29 yaşlı qrossmeyster turnirin bundan sonra da təşkilinin onlar üçün əhəmiyyətli olacağını söyləyib: "Yarış ötən il pandemiya ilə əlaqədar keçirilmədi. Sevinirik ki, nüfuzlu turnir bu il baş tutub və bundan sonra hər il təşkil olunacaq. Blits və rapid üzrə oyunlar bir qədər çətin olsa da, maraqlı və gərgin rəqabət şəraitində keçdi. Belə yarışda iştirakdan məmnunam".

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.







Offside