Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Corner.az SportLine.az-a istinadən xəbər verir ki, mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib.
Dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa inamlı başlayıb. Təcrübəli güləşçimiz polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisini də üstələyib. Elvin 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisiylə qarşılaşıb və rəqibinə yenilib. Ancaq rəqib finala çıxdığı üçün güləşçimiz oktyabrın 28-də təsəlliverici görüşə çıxacaq.
Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub. Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti isə ilk mərhələdə ukraynalı həmkarına uduzub.
77 kq Təsəlliverici görüş - Elvin Mürsəliyev 1/4 final - Elvin Mürsəliyev - Aleksandr Çekirkin (RUS) 0:3 1/8 final - Elvin Mürsəliyev - Kamal Amir Bey (USA) 6:2 1/16 final - Elvin Mürsəliyev - İvan Nilipiuk (POL) 9:0
97 kq 1/16 final - Orxan Nuriyev - Melonin Numonvi (FRA) 0:4
130 kq Təsnifat - Sabah Şəriəti - Aleksandr Çernetski (UKR) 2:5