2 fevral 2026. Bazar ertəsi

Pele xəstəxanadan evə buraxıldı


  • Offside
  • 11:18 24.12.2021
  • Oxunma sayı: 155
Pele xəstəxanadan evə buraxıldı

Braziliya millisinin əfsanəvi futbolçusu Pele xəstəxanadan evə buraxılıb.

Corner.az "Reuters"a istinadən xəbər verir ki, 81 yaşlı sabiq hücumçu müalicəsini evində davam etdirəcək.

Pelenin vəziyyətinin stabil olduğu bildirilib.

Qeyd edək ki, Pele daha əvvəl avqustun 30-da xəstəxanaya yerləşdirilib və sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Keçmiş forvard sonuncu dəfə dekabrın 8-də San-Pauludakı özəl klinikalardan birinə çatdırılıb.







Offside