23 noyabr 2024. Şənbə

Nurməhəmmədov McGregorun təhqirlərinə cavab verdi


  • Offside
  • 10:17 04.04.2019
  • Oxunma sayı: 743
Nurməhəmmədov McGregorun təhqirlərinə cavab verdi

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov öz “Twitter” səhifəsində həyat yoldaşı və İslam dinini təhqir edən Conor McGregora cavab verib.

“Sən əsl təcavüzkarsan.Törətdiyin əməllərə görə məsuliyyət daşımayan riyakarsan. Ancaq bir gün öz cəzanı tapacaqsan”, - deyə Nurməhəmmədov bildirib.

Qeyd edək ki, aprelin 3-də irlandiyalı döyüşçüsü öz sosial şəbəkə hesabında Nurməhəmmədovun həyat yoldaşının başı və üzü bağlı toy şəklini paylaşaraq “Sənin arvadın dəsmaldır” deyə şərh yazıb. Postu sonradan silinsib.







Offside