- Offside
- 22:26 01.02.2026
Belçika kikboksçusu Frederik Sinistra dünyasını dəyişib.
Corner.az xəbər verir ki, 40 yaşlı idmançı koronavirusdan vəfat edib. Bu barədə Belçika mətbuatı məlumat yayıb.
Üç dəfə kikboks üzrə Avropa çempionu olun Sinistra koronavirusa inanmadığı üçün peyvənd olunmaqdan imtina etmişdi. Mərhum idmançıda noyabr ayının sonlarında koronavirus aşkarlandı.
Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirmiş və 2-ci raundda nokauta düşərək uduzmuşdu.