- Offside
- 22:26 01.02.2026
Əlcəzairin futbol üzrə 2-ci liqasında keçirilən “Oran” – “Saida” matçında bədbəxt hadisə yaşanıb.
Corner.az xəbər verir ki, matç zamanı “Saida”nın futbolçusu Lukar infarkt keçirib.
“Oran” – “Saida” matçının ilk hissəsində qonaq komandanın 28 yaşlı kapitanı komandasının qapıçısı ilə toqquşub. Lukaraya tibbi yardım göstərildikdən sonra o yenidən meydana qayıdıb.
Daha sonra 35-ci dəqiqədə anidən yerə yıxılan futbolçunun infarkt keçirdiyi bəlli olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, futbolçunun həyatını xilas etmək mümkün olmayıb.