22 mart 2026. Bazar günü

Fransa klubunun futbolçusu zorakılığa görə həbs edildi


  • Offside
  • 11:41 27.12.2021
  • Oxunma sayı: 317
Fransa klubunun futbolçusu zorakılığa görə həbs edildi

Fransanın “Lans” klubunun müdafiəçisi Fakundo Medina həbs olunub.

Corner.az məlumatına görə, bu barədə L Equipe xəbər verib.

22 yaşlı argentinalı futbolçu, sevgilisinə qarşı zorakılıqda ittiham olunur.

Bildirilir ki, Medina ilə sevgilisi arasında insident dekabrın 25-nə keçən gecə baş verib. Qız Milad bayramını qeyd etmək üçün futbolçunun evinə qonaq gəlib. Lakin cütlük arasında mübahisə yaranıb və futbolçu sevgilisinə qarşı fiziki güc tətbiq edib.

Fakundo Medina isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.







Offside