- Offside
- 15:00 22.03.2026
Azərbaycanda Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat olub.
MPK-dan "Corner.az"a verilən məlumata görə, Natiq Qasımov qurumun fəxri vitse-prezidenti seçilib.
O, paralimpiya hərəkatının inkişafında fəal xidmətləri qarşılığında təltif olunub.
Qeyd edək ki, Natiq Qasımov daha əvvəl MPK-nın I vitse-prezidenti və Uşaq Paralimpiya Komitəsinin idarə heyətinin sədri vəzifəsində çalışıb.