Polşanın paytaxtı Varşavada şahmatın rapid növü üzrə dünya çempionatına yekun vurulub. Corner.az xəbər verir ki, yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edib.
Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə qüvvəsini sınayıb. Onların arasında ən yaxşı nəticəni Məmmədyarov göstərib. 36 yaşlı qrossmeyster 9 xalla səkkizinci olub. Rauf Məmmədov (7 xal) 76-cı, Məhəmməd Muradlı (6.5 xal) 91-ci, Xəzər Babazadə (6 xal) 109-cu, Vasif Durarbəyli (6 xal) 118-ci, Aydın Süleymanlı (5.5 xal) 128-ci, Vüqar Əsədli (2.5 xal) 169-cu yeri tutub.
Qadınlardan isə dünya çempionatında Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparıb. Burada isə ən yaxşı nəticəyə 7.5 xalla 12-ci olan Gülnar Məmmədova imza atıb. Xanım Balacayeva 6.5 xalla 26-cı, Gövhər Beydullayeva 6 xalla 37-ci, Türkan Məmmədyarova 5.5 xalla 44-cü, Zeynəb Məmmədyarova 5.5 xalla 50-ci yeri tutub.
Dekabrın 29-da dünya çempionatında blits yarışlarına start veriləcək.