- Offside
- 22:42 25.11.2024
"Düşünürəm ki, qrupda ikinci yeri tutmaq üçün Gürcüstan komandası ilə mübarizə aparacağıq".
Corner.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Eduardo Borges Niderlandda keçiriləcək Avropa çempionatı ilə bağlı "Hln.be" saytına açıqlamasında deyib.
36 yaşlı oyunçu bildirib ki, İspaniya futzalda lider ölkədir: "Ötən müddət ərzində Azərbaycan yığması bir neçə dəfə beynəlxalq arenada yaxşı çıxış edib. Ümid edirəm ki, biz bu yolu davam etdirə biləcəyik".
Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.