26 noyabr 2024. Çərşənbə axşamı

Koronavirusa yoluxmaq mənim üçün ağır idi


  • Offside
  • 17:58 03.01.2022
  • Oxunma sayı: 146
Koronavirusa yoluxmaq mənim üçün ağır idi

"Koronavirusa yoluxmaq mənim üçün ağır idi".

Corner.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Vikonos Radio/Tv"yə açıqlamasında deyib.

65 yaşlı mütəxəssis bildirib ki, peyvəndlərin ona çox köməkliyi dəyib: "Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. Çox diqqətli olmalı və koronavirusu ciddiyə almalısınız. İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm".

Qeyd edək ki, AFFA dekabrın 2-də italiyalı mütəxəssisin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.







Offside