26 noyabr 2024. Çərşənbə axşamı

Peyvənd olunmayanların maaşlarını kəsmək lazımdır


  • Offside
  • 17:14 05.01.2022
  • Oxunma sayı: 133
Peyvənd olunmayanların maaşlarını kəsmək lazımdır

"Vaksindən imtina - eqoizmdir".

Corner.az-ın məlumatına görə, bu sözü italiyalı sabiq baş məşqçi Fabio Kapello deyib.75 yaşlı sabiq mütəxəssis polislər vaksin vurdurmağa borcludurlarsa, futbolçuların bunu etməmələri anlaşılmaz olduğunu bildirib: "Peyvənd olunmayan futbolçular cəmiyyətə zərər vururlar. Onların maaşlarını kəsmək lazımdır. Vaksin edilənlər xəstəliyi asan keçirir və tez bərpa olunurlar".

Kapello "Real Madrid", "Milan", "Roma", "Yuventus" və Çinin "Tszyansu Sunin" klublarının, eləcə də İngiltərə və Rusiya yığmalarının baş məşqçisi olub.

Qeyd edək ki, A Seriyası Avropa futbolunda ən yüksək peyvəndlənmə göstəricisinə malikdir. Burada oyunçu və digər əməkdaşların 98 faizi vaksinləşdirilib. İtaliya çempionatı yanvarın 6-da bərpa olunacaq.







Offside