- Offside
- 22:42 25.11.2024
İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano xəstəxanaya yerləşdirilib.
Corner.az "Il Messaggero" nəşrinə istinadən xəbər verir ki, buna səbəb bir müddət öncə koronavirusa yoluxmuş 39 yaşlı sabiq hücumçunun vəziyyətinin ağırlaşması olub.
Daha əvvəl italiyalı oyunçunun həyat yoldaşı Karolina Marsialis ərinin Milad bayramı zamanı COVID-19-a yoluxduğunu və evdə özünü təcrid etdiyini təsdiqləyib. İddiaya görə, son bir neçə gündə Kassanonun vəziyyəti daha da pisləşib. Onun, Genuyadakı San-Martino xəstəxanasına yerləşdirildiyi və orada müalicəsinə davam etdiyi bildirilir.
Qeyd edək ki, Antonio Kassanov futbolçu karyerası ərzində ölkəsinin "Roma", "Sampdoriya", "Milan" və "İnter" klublarında, həmçinin İspaniya "Real Madrid"ində çıxış edib.