Futzal üzrə AÇ-2022-nin final mərhələsində millimizlə bir qrupda yer alan Bosniya və Herseqovina yığması yanvarın 10-da təlim-məşq toplanışına yığışacaq. Corner.az xəbər verir ki, rəqib baş məşqçi İvo Krezo 16 futzalçıya dəvət göndərib:
Stanislav Qaliç (Mostar), Almedin Bundevica (KMF Doboj), Yosip Sesar (Ştutqart, Almaniya), Blago Qaşpar (Novo Vrijeme, Xorvatiya), Davor Arnautoviç (Salines), Srdan İvankoviç (Ştutqart, Almaniya), Bilal Jeliç (Mostar), Marijo Aladziç (Mostar), Nermin Kahvedziç (Mostar), Anel Radmiloviç (Mostar), Yosip Boşkoviç (Vrgorac, Xorvatiya), Darko Milanoviç (Salines), Sabahudin Petak (Sloga G. Vakuf/Uskoplje), Kristiyan Pantiç (Brotnjo), Senad Poraçanin (Sarayevo), Andriyano Dujmoviç (Herseqovina)
Qeyd edək ki, Azərbaycan – Bosniya və Herseqovina oyunu yanvarın 29-da Amsterdamda keçiriləcək.