23 oktyabr 2024. Çərşənbə

Millimiz heç vaxt yenilmədiyi Belçikaya qarşı


  • Offside
  • 20:48 09.01.2022
  • Oxunma sayı: 145
Millimiz heç vaxt yenilmədiyi Belçikaya qarşı
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 17-də yoxlama oyunu keçirəcək. Corner.az xəbər verir ki, komandamız Borqloon şəhərində Belçika yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
 
Bu komandalar indiyə qədər 2 rəsmi oyunda üz-üzə gəliblər. Maraqlıdır ki, qrup oyunlarından biri Belçikada, digəri isə ölkəmizdə keçirilib. İlk duel AÇ-99-un seçmə mərhələsi çərçivəsində baş tutub. 1998-ci ilin dekabrında Belçikada keçirilən matçda qalib müəyyənləşməyib – 4:4.
 
İkinci görüş isə 16 ildən sonra reallaşıb. Bu dəfə tərəflər Sərhədçi İdman kompleksində gücünü sınayıb. 2015-ci il martın 18-də keçirilmiş görüşdə komandamız 3:1 hesabı ilə qələbə qazanıb






Offside