2 fevral 2026. Bazar ertəsi

Futbolçu oyun vaxtı infarkt keçirdi, oyun yarımçıq dayandırıldı


  • Offside
  • 23:48 09.01.2022
  • Oxunma sayı: 193
Futbolçu oyun vaxtı infarkt keçirdi, oyun yarımçıq dayandırıldı

Qətərin "Əl-Vakra" klubunun futbolçusu Usman Kulibali səfərdə "Əl-Rayan"a qarşı keçirdikləri ölkə çempionatının oyunu zamanı infarkt keçirib.

Corner.az xəbər verir ki, ilk hissənin sonlarında huşunu itirərək yerə yıxılan malili müdafiəçiyə dərhal ilkin tibbi yardım göstərilib. 33 yaşlı futbolçu bundan sonra xəstəxanaya yerləşdirilib.

Kulibalinin vəziyyətinin kritik olduğu bildirilib.

Qeyd edək ki, "Əl-Rayan" - "Əl-Vakra" matçı yarımçıq dayandırılıb.







Offside