23 oktyabr 2024. Çərşənbə

Avstraliya məhkəməsi Novak Cokoviçlə bağlı qərarını verdi


  • Offside
  • 11:31 10.01.2022
  • Oxunma sayı: 151
Avstraliya məhkəməsi Novak Cokoviçlə bağlı qərarını verdi

Avstraliya federal məhkəməsi məşhur tennisçi Novak Cokoviçlə bağlı yekun qərarını açıqlayıb.

Corner.az "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı idmançı məhkəmədə iddianı udub.

Hakimin sözlərinə görə, serbiyalı tennisçinin vizası əsassız olaraq ləğv edilib. Məhkəmə dünyanın bir nömrəli raketka ustasının karantin otelindən buraxılmasına qərar verib. Onun pasportu və şəxsi əşyaları geri qaytarılıb.

Xatırladaq ki, yanvarın 5-də Novak Cokoviçin vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub. O, hazırda ölkədə sığınacaq axtaranların məskunlaşdığı "The Park Hotel"ə yerləşdirilib.







Offside