23 oktyabr 2024. Çərşənbə

İsveçrə şirkəti AFFA Lisenziyalaşdırma qrupunun fəaliyyətinə qiymət verdi


  • Offside
  • 20:43 10.01.2022
  • Oxunma sayı: 122
İsveçrə şirkəti AFFA Lisenziyalaşdırma qrupunun fəaliyyətinə qiymət verdi
İsveçrənin SGS şirkəti 2021-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. Corner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
 
Şirkət tərəfindən AFFA-ya ünvanlanmış təbrik məktubunda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Lisenziyalaşdırma qrupu 2022-23-cü il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
 
SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.






Offside