Qadın voleybolçular arasında keçirilən Azərbaycan Super Liqasında 1-ci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Corner.az xəbər verir ki, ölkə çempionatının növbəti matçları yanvarın 14-də təşkil olunacaq.
Günün ilk qarşılaşmasında saat 16:00-da “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Bu matçdan 2 saat sonra UNEC – “Murov” oyununa start veriləcək. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.