2 fevral 2026. Bazar ertəsi

Obameyanqın ürəyində problem yarandı


  • Offside
  • 11:17 15.01.2022
  • Oxunma sayı: 146
Obameyanqın ürəyində problem yarandı

Qabon millisinin və "Arsenal" klubunun futbolçusu Pyer-Emerik Obameyanqın ürəyində problem yaranıb.

Corner.az Qabon Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna  səbəb 32 yaşlı hücumçunun koronavirusa yoluxması olub.

Obameyanq bu üzdən Afrika Millətlər Kubokunda komandasına kömək edə bilmir.

Qeyd edək ki, Obameyanqın testinin nəticəsi yanvarın 6-da müsbət çıxıb.Qabon yığmasında 72 matça çıxan oyunçu 30 qol vurub.







Offside