Serbiyalı tennisçi Novak Cokoviç Avstraliyanı tərk edib. Corner.az xəbər verir ki, vizası ləğv olunaraq ölkədən deportasiya edilən 35 yaşlı idmançının Avstraliyaya girişinə 3 illik qadağa qoyulub.
Yanvarın 5-də Novak Cokoviçin Avstraliya vizası ləğv edilib. Buna səbəb məşhur tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması olub.