26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycan millisi Belçikaya uduzdu


  • Offside
  • 19:18 17.01.2022
  • Oxunma sayı: 151
Azərbaycan millisi Belçikaya uduzdu
Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Corner.az xəbər verir ki, komandamız Borqlon şəhərində Belçika yığması ilə üz-üzə gəlib.
 
Joze Alesio da Silvanın rəhbərlik etdiyi millimiz bu qarşılaşmadan 5:3 hesablı məğlubiyyətlə ayrılıb. Azərbaycan milli komandasının heyətində qolları 17-ci dəqiqədə Vassura, 31-ci dəqiqədə Everton Kardoso və 37-ci dəqiqədə Tyaqo Bolinya vurublar.
 
Yüngül zədəsi olan İsa Atayev görüşdə iştirak etməyib.
 
Yoxlama oyunu
17 yanvar
 
Belçika – Azərbaycan - 5:3
Hakimlər: İbrahim Eljilali, Juan Boelen, Kris Feytons.
 
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.






Offside