Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunlarının yeri və vaxtı dəqiqləşib. Corner.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionatının növbəti matçları yanvarın 18-də və 21-də təşkil olunacaq.
Yanvarın 18-də ilk olaraq 3-cü turun “Azərreyl” və “Murov” komandaları meydana çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək.
Yanvarın 21-də isə 1-ci turun “Azərreyl” – UNEC oyunu keçiriləcək. Matç saat 18:00-da başlayacaq. Hər 3 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Qeyd edək ki, görüşlər pandemiya səbəbindən azarkeşsiz oynanılacaq.