2 fevral 2026. Bazar ertəsi

Millimizin iki üzvü Belçikada karantinə alındı


  • Offside
  • 20:14 17.01.2022
  • Oxunma sayı: 156
Millimizin iki üzvü Belçikada karantinə alındı
Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin üzvləri yoldaşlıq oyunu keçirmək üçün səfər etdiyi Belçikada COVİD-19 testi verib.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Corner.az saytına verilən məlumata görə, komandanın heyətində Eduardo Borgesin nəticəsi pozitiv, Rafael Vilelanın nəticəsi isə şübhəli çıxıb. 

Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karantinə alınacaq. Bu üzdən onlar Belçika ilə keçirilmiş yoldaşlıq matçında iştirak etməyib.






Offside