Voleybol üzrə beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib. Corner.az xəbər verir ki, Zülfüqarov yanvarın 20-də İstanbulda qadın voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsində B qrupunda çıxış edən “Vakıfbank” (Türkiyə) – “LP Salo” (Finlandiya) matçında ikinci hakim olacaq.
Görüşün baş hakimi rusiyalı Yevgeni Maksanov olacaq.