26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycan millisinin potensial rəqibi Uqandaya uduzdu


  • Offside
  • 10:11 19.01.2022
  • Oxunma sayı: 128
Azərbaycan millisinin potensial rəqibi Uqandaya uduzdu
Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı potensial rəqibi olan Moldova yığması yoxlama oyunu keçirib. Corner.az xəbər verir ki, Sergey Kleşenkonun rəhbərlik etdiyi kollektiv Uqanda seçməsi ilə üz-üzə gəlib.
 
Moldovalılar ilk hissədən sonra hesabda öndə olsalar da, ikinci yarıda iki top buraxan komanda 2:3 hesabı ilə uduzub.
 
“Keşlə”nin qapıçısı Stanislav Namaşko bu oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb.
 
Moldova millisi Qazaxıstana qalib gələcəyi halda C Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupa düşəcək. Əks təqdirdə, komanda D Liqasının 2-ci qrupunda mübarizə aparacaq.
 
Azərbaycan yığması C Liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə mübarizə aparacaq.






Offside