23 mart 2026. Bazar ertəsi

Robinyoya 9 illik həbs cəzası təsdiqləndi


  • Offside
  • 15:28 20.01.2022
  • Oxunma sayı: 175
Robinyoya 9 illik həbs cəzası təsdiqləndi
"Real”ın sabiq futbolçusu Robinyo həbs olunacaq. Corner.az xəbər verir ki, İtaliya məhkəməsi 36 yaşlı futbolçuya daha əvvəl verilən 9 illik həbs cəzasını təsdiqləyib.
 
Robinyo və daha 5 nəfər 2013-cü ilin yanvarında 22 yaşlı albaniyalı qadını qrup şəklində zorlamaqda ittiham olunurdu. Braziliyalı futbolçu bu iddianı qəbul etməyib.
 
Bu məsələ üzrə ilk qərar hələ 2017-ci ildə elan olunmuşdu. O vaxtdan bəri iş apellyasiya məhkəməsində davam edirdi.
 
Robinyo karyerası ərzində Braaziliyada “Santos”, İspaniyada “Real”, İngiltərədə “Mançester Siti”, İtaliyada “Milan” kimi klublarda çıxış edib. Futbolçu 2020-ci ilin oktyabrından klubsuzdur.






Offside