23 mart 2026. Bazar ertəsi

CAS Nurlan İbrahimovla bağlı qərarını yenə təxirə saldı


  • Offside
  • 18:48 20.01.2022
  • Oxunma sayı: 147
CAS Nurlan İbrahimovla bağlı qərarını yenə təxirə saldı
İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsi ilə bağlı qərarını növbəti dəfə təxirə salıb. Corner.az xəbər verir ki, bu qərarın daha öncə dekabrın 22-də açıqlaması nəzərdə tutulmuşdu. Lakin həmin vaxt sözügedən qurum qərarın dekabrın 22-də yox, yanvarın 27-də açıqlanacağını bildirmişdi.
 
CAS bu qərarın açıqlanma tarixini yenidən dəyişib. Bu barədə Nurlan İbrahimov sosial şəbəkə hesabında paylaşım edib. O, qərarın martın 22-də açıqlanacağını qeyd edib.
 
Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı “facebook” hesabında ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. Lakin o, bu qərardan CAS-a şikayət edib.






Offside