6 dekabr 2025. Şənbə

Azərbaycan millisi ilə tarixi oyuna hazırıq


  • Offside
  • 19:43 21.01.2022
  • Oxunma sayı: 139
Azərbaycan millisi ilə tarixi oyuna hazırıq

"İlk gündə taktiki hazırlığa, xüsusən də standart vəziyyətlərə çox vaxt sərf etdik".

Corner.az-ın məlumatına görə, bunu futzal üzrə Gürcüstan millisinin baş məşqçisi Avtandil Asatiani Avropa çempionatının final mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri D qrupunun ilk tur matçı barədə yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, ilk dəfə vəsiqə qazandıqları turnirdə tarixi oyuna hazırdılar: "Necə hazırlaşmışıqsa, elə də nəticə qazanacağıq. Uşaqlar bizi necə vacib görüşün gözlədiyini anlayırlar".

Asatiani, ilk oyunlar hər zaman böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Sabah bir daha belə oyunlar üçün nəzərdə tutduğumuz taktiki tapşırıqlar üzərində işləyəcəyik. Hesab edirəm ki, biz yanvarın 22-sini simvolik tarixə çevirməyə hazırıq".

Qeyd edək ki, Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə 17:30-da başlayacaq.







Offside