6 dekabr 2025. Şənbə

Azərreyl'dən növbəti qələbə


  • Offside
  • 20:51 21.01.2022
  • Oxunma sayı: 160
Azərreyl'dən növbəti qələbə
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 1-ci turun növbəti oyunu keçirilib. Corner.az xəbər verir ki, "Azerreyl" UNEC-i qəbul edib. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilən görüş Famil Ağayevin rəhbərlik etdiyi kollektivin 3:1 (25:14, 19:25, 25:18, 25:15) hesablı qələbəsi ilə başa çatıb.
 
Hazırda "Abşeron" və "Azerreyl" komandaları hərəyə 6 xalla 1-2-ci yerləri bölüşdürür. UNEC və "Murov" isə xalsızdır.






Offside