6 dekabr 2025. Şənbə

Mbappenin qardaşı avtomobil qəzası keçirdi


  • Offside
  • 18:46 22.01.2022
  • Oxunma sayı: 133
Mbappenin qardaşı avtomobil qəzası keçirdi
PSJ-nin hücumçusu Kilian Mbappenin kiçik qardaşı Etan Mbappe avtomobil qəzası keçirib. Corner.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Məlumatda, Etanın olduğu “Range Rover” markalı avtomobil sərxoş sürücü tərəfindən idarə olunan “Audi” ilə toqquşduğu vurğulanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. 15 yaşlı oyunçu “Range Rover”in sürücüsü ilə birlikdə müayinə üçün xəstəxanaya gedib.
 
Etan PSJ-nin akademiyasında çıxış edir.






Offside