- Offside
- 22:42 25.11.2024
Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində VII tura yekun vurulub.
Corner.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla Macarıstandan olan Rixard Rapportla qarşılaşıb. Görüş 29-cu gedişdə heç-heçə ilə başa çatıb.
Beləliklə, 7 turun yekununa əsasən, Məmmədyarov 4,5 xalla 2-ci pillədə qərarlaşıb. İlk pilləni isə xalını 5-ə çatdıran norveçli dünya çempionu Maqnus Karlsen ələ keçirib.