26 noyabr 2024. Çərşənbə axşamı

Tata Steel: Şəhriyar Məmmədyarovdan növbəti qələbə


  • Offside
  • 09:30 24.01.2022
  • Oxunma sayı: 111
Tata Steel: Şəhriyar Məmmədyarovdan növbəti qələbə

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində VIII turun görüşünə çıxıb.

Corner.az-ın məlumatına görə, Məmmədyarovun bu dəfə rəqibi hindistanlı Rameşbabu Praqnanandha olub. Ağ fiqurlarla oynayan Məmmədyarov 46-cı gedişdə Praqnanandhanı təslim olmağa məcbur edib.

Bununla da azərbaycanlı qrossmeyster 8 oyundan sonra xalını 5,5-ə çatdırıb və eyni xala malik norveçli dünya çempionu Maqnus Karlsenlə birgə ilk 2 pilləni bölüşür.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Tata Steel Chess"də 8 görüşünün 3-dən qələbə, 5-dən heç-heçə ilə ayrılıb.







Offside