- Offside
- 22:42 25.11.2024
"Yanvarın 1-dən cüdoda yeni qaydalar tətbiq olunur və biz də artıq bunun üzərində işləməyə başlamışıq".
Corner.az-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022 - 2024 olimpiya dövrü üçün elan etdiyi yeni qaydalarla bağlı təşkil olunmuş seminar zamanı jurnalistlərə açıqlamasında deyib.
Funksioner idmançıları yeniliklərlə tanış etmək məqsədilə beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzeni Bakıya dəvət etdiklərini bildirib "İki gün ərzində böyüklər, yeniyetmələr və qadınlarla seminar keçirəcək. Yeni qaydaları IJF müəyyənləşdirib. Bu seminar bizim üçün çox faydalı olacaq. Bu səviyyədə bir hakimin Azərbaycana gəlməsi böyük qələbə və xoşbəxtlikdir. Yaxın günlərdə Portuqaliya və Fransada yarışlarımız olacaq, orada yeni qaydalar tətbiq ediləcək".
Olimpiya çempionu, federasiyanın əsas prinsiplərindən biri beynəlxalq dərəcəli hakim yetişdirmək olduğunu vurğulayıb "Bildiyiniz kimi, seminara hakimlər də cəlb etmişik. Qısa zamanda Avropa və dünya çempionatlarında, həmçinin olimpiadalarda iştirak edəcək hakimimiz olacaq. İdmançılar kimi, ədalət təmsilçiləri də reytinq xalları qazanmalıdır. Bunun üçün hakimlərimizə dəstək olacağıq".
E.Məmmədli yeni qaydalar qoyulubsa, buna uyğunlaşmağın lazım olduğunu söyləyib "Bu, tək Azərbaycana deyil, bütün ölkələrə aiddir. Hamı kimi yeni qaydalara əməl edəcəyik".