23 oktyabr 2024. Çərşənbə

Afrika Millətlər Kubokunda izdihamda 6 nəfər həlak olub


  • Offside
  • 13:44 25.01.2022
  • Oxunma sayı: 143
Afrika Millətlər Kubokunda izdihamda 6 nəfər həlak olub

Afrika Millətlər Kubokunda Kamerun və Komor adaları yığmaları arasında keçirilmiş 1/8 final matçında izdiham baş verib.

Corner.az "LSI AFRICA" nəşrinə istinadən xəbər verir ki, qarşıdurmada azı 6 nəfər həlak olub, 40-dan çox adam isə yaralanıb.

Ağır yaralanan azarkeşlər xəstəxanaya aparılıb.

Qeyd edək ki, görüş Kamerunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 1/4 finalda Qambiya ilə üz-üzə gələcək.







Offside