23 oktyabr 2024. Çərşənbə

Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı


  • Offside
  • 13:45 25.01.2022
  • Oxunma sayı: 117
Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən "Corner.az"a verilən məlumata görə, I dövrədə keçiriləcək matçlar yanvarın 26-27-də və 29-da təşkil olunacaq.

Yanvarın 26-da ikinci turda “Express” “Sərhədçi”ni sınağa çəkəcək. Qarşılaşma saat saat 18:00-da başlayacaq. Ertəsi gün saat 16:00-da MOİK “Murov”la üz-üzə gələcək.

Yanvarın 29-da isə III turun “Neftçi” - “Express” oyunu olacaq. Qarşılaşmanın start fiti saat 15:00-da veriləcək.

Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun təşkil olunan oyunlar azarkeşsiz keçiriləcək.







Offside