23 oktyabr 2024. Çərşənbə

Avropa və dünya çempionatında medallar qazanmaq istəyirəm


  • Offside
  • 13:48 25.01.2022
  • Oxunma sayı: 117
Avropa və dünya çempionatında medallar qazanmaq istəyirəm

"Hələlik karyeramı davam etdirmək istəyirəm".

Corner.az xəbər verir ki, bunu  Azərbaycan millisinin cüdoçusu Orxan Səfərov deyib.

66 kq çəki dərəcəsində Avropa çempionu olmuş idmançı 5-6 fevralda Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqədə iştirak edəcəyini bildirib.

Səfərov məşqçilərin qərarına əsasən, yanvarın 27-də Portuqaliyanın Odivelas şəhərindəki Qran-priyə qatılmayacağını söyləyib.

"Bu il əsas hədəfim Avropa və dünya çempionatında nəticə verməkdir. Medalın əyarının fərqi yoxdur. Əsas məqsəd medalçılar sırasına düşməkdir" deyən 31 yaşlı cüdoçu ötən gün yığmanın məşqində iştirak etməməsinin səbəbini də açıqlayıb. Səfərov özünü yaxşı hiss etmədiyi üçün hazırlığa qoşulmadığını söyləyib: "İndi hər şey yaxşıdır. Bu gün məşqdə iştirak edəcəyəm".

Qeyd edək ki, Orxan Səfərov 2020-ci ildə Çexiyanın paytaxtı Praqada Avropa çempionu olub. Cüdoçu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının da qalibidir.(report)







Offside