23 oktyabr 2024. Çərşənbə

Azərbaycan millisinin oyunu azarkeşlərin iştirakı ilə keçiriləcək


  • Offside
  • 11:35 26.01.2022
  • Oxunma sayı: 124
Azərbaycan millisinin oyunu azarkeşlərin iştirakı ilə keçiriləcək

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının qrup mərhələsindəki sonuncu - üçüncü görüşü azarkeşlərin iştirakı ilə keçiriləcək.

Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətindən "Corner.az"a verilən məlumata görə, buna səbəb Niderland hökumətinin koronavirusla bağlı karantin rejimində yumşalmaya getməsi olub.

Hökumət oyunları müəyyən sayda tamaşaçının izləməsinə imkan yaradıb. Bunu nəzərə alan UEFA bu gündən bilet satışını bərpa edəcək. Üstünlük əvvəlcədən bilet alanlara veriləcək. Boş yer qalarsa, yanvarın 27-dən həmin yerlər üçün də bilet satışı həyata keçiriləcək. Azarkeşlərin zallara buraxılmasına isə yanvarın 29-da icazə veriləcək.

Qeyd edək ki, həmin gün millimiz Amstredamdakı “Ziggo Dome”də Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.

Əlavə edək ki, ilk görüşündə Gürcüstana 2:3 hesabı ilə uduzan komanda bu gün İspaniya ilə üz-üzə gələcək.







Offside