23 oktyabr 2024. Çərşənbə

Mane xəstəxanalıq oldu


  • Offside
  • 18:00 26.01.2022
  • Oxunma sayı: 125
Mane xəstəxanalıq oldu
Seneqal milli komandasının futbolçusu Sadio Mane Afrika Millətlər Kubokunda Kapo-Verdeyə qarşı keçirilən matçdan (2:0) sonra xəstəxanaya aparılıb. Corner.az xəbər verir ki, bu barədə “Wiwsport” portalı məlumat yayıb.
 
29 yaşlı futbolçu matçın ikinci hissəsində rəqib komandanın qapıçısı Jozimar Vozineylə toqquşub. Epizodda qapıçı kobud müdaxiləyə görə qırmızı vərəqə ilə meydandan qovulub. Oyuna davam edən Sadio Mane qarşılaşmanın 63-cü dəqiqəsində matçda hesabı açsa da 7 dəqiqə sonra isə əvəzlənməli olub.
 
Yığmanın kapitanı başına görə matçdan sonra müayinə üçün xəstəxanaya aparılıb. Manenin başından ciddi zədə almadığı bildirilib.






Offside