- Offside
- 23:52 22.03.2026
Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
Corner.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın çalışdırdığı kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə qarşılaşıb. Qroningen şəhərindəki "Martini Plaza"da baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.
Qeyd edək ki, qrupun digər oyununda Gürcüstan seçməsi Bosniya və Herseqovinanı 2:1 hesabı ilə məğlub edib.