26 noyabr 2024. Çərşənbə axşamı

Millimizin Krasnoyarsk toplanışı başa çatdı


  • Offside
  • 15:25 27.01.2022
  • Oxunma sayı: 109
Millimizin Krasnoyarsk toplanışı başa çatdı
Qadın güləşi üzrə millimizin üzvləri Rusiyada təlim-məşq toplanışı keçib. Corner.az xəbər verir ki, baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında hazırlıq prosesinə qatılan komandamız Rusiya, Qazaxıstan və Qırğızıstan komandalarıyla birgə intensiv məşqlərdə iştirak edib.
 
Yanvarın 11-də start götürən təlim-məşq toplanışı 2 həftə davam edib. Bu müddət ərzində millimiz həm fiziki, həm də taktiki-texniki hazırlıqlarda yaxından iştirak edib.
 
Qeyd edək ki, yığma üzvləri toplanış başa çatdıqdan sonra digər komandalarla birgə 2 qat olimpiya çempionu İvan Yarıginin xatirə turnirində iştirak edir. Nəticələri diqqətinizə çatdıracağıq.






Offside