- Offside
- 22:26 01.02.2026
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı “Karate Combat”da ikinci döyüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, titullu idmançı Macarıstan təmsilçisi Jolt Habda ilə üz-üzə gəlib. Görüş Ağayevin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qələbə qazanmışdı.