- Offside
- 22:26 01.02.2026
Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında finala yüksəlib.
Corner.az-ın məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı yarımfinalda italiyalı Rossella Qreqorioya 15:13 hesabı ilə qalib gəlib.
Başta həlledici görüşdə Fransa təmsilçisi Mannon Brunetlə qarşılaşacaq.
***
Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 1/4 final görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, rəqib yaponiyalı idmançı Emura Misakini olub. 15:11 hesabı ilə qalib gələn Başta adını yarımfinala yazdırıb.
***
Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 1/4 finala yüksəlib.
Azərbaycan Qılıncoynatma Federasiyasından "Corner.az"a verilən məlumata görə, qadın sablyaçıların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan milli komandanın lideri ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokovanı (15:9), ardınca almaniyalı Julike Funkeni (15:11) mübarizədən kənarlaşdırıb.
Başta ən güclü "8-liy"ə yüksəlmək uğrunda görüşdə Tokio-2020 Yay Olimpiya Oyunlarında məğlub etdiyi ABŞ təmsilçisi Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanıb.
Onun yarımfinaldakı rəqibi yaponiyalı Misaki Emuraya olacaq.