- Offside
- 23:52 22.03.2026
Futzal üzrə Azərbaycan yığmasının Niderlandda təşkil olunan Avropa çempionatında Bosniya və Herseqovinaya qarşı keçirdiyi görüşdə AFFA rəhbərliyinin istefası tələb olunub.
Corner.az xəbər verir ki, Amsterdamdakı “Ziggo Dome” arenasında keçirilən oyunu canlı izləyən azərbaycanlı azarkeşlər tribunadan “AFFA istefa” sözlərinin yazıldığı plakat asıblar.
Azərbaycan yığmasının üçüncü qoluna imza atan Rafael Vilela sevincini azarkeşlərlə bölüşərkən həmin şüarın yazıldığı plakatı oyunu televiziya vasitəsilə izləyən fanatlar də görüblər.
Azərbaycan millisi Bosniya və Herseqovina ilə oyunda 4:2 hesabıyla qalib gəlsə də, qrup üçüncüsü olaraq Avropa çempionatı ilə vidalaşıb.