6 dekabr 2025. Şənbə

Azərbaycan sablyaçıları Dünya kubokunda ikinci oldu


  • Offside
  • 22:14 30.01.2022
  • Oxunma sayı: 136
Azərbaycan sablyaçıları Dünya kubokunda ikinci oldu
Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya kubokunda ikinci olub. Corner.az xəbər verir ki, yığma finalda Fransaya 39:45 hesabı ilə uduzub.
 
Xatırladaq ki, komandamız yarımfinalda Bolqarıstanı 45:32 hesabı ilə məğlub edərək finala yüksəlib. İlk görüşündə ABŞ-a 45:39 hesabı ilə qalib gələn sablyaçılarımız 1/4 finalda da Macarıstanı eyni hesabla üstələmişdib.
 
Azərbaycan yığmasının heyətində Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviç mübarizə aparıb. Anna Başta ötən gün fərdi yarışlarda da çempion olub.






Offside