26 noyabr 2024. Çərşənbə axşamı

Birgül Soltanova Rusiyada üçüncü oldu


  • Offside
  • 22:15 30.01.2022
  • Oxunma sayı: 150
Birgül Soltanova Rusiyada üçüncü oldu
Rusiyanın Krasnoyarsk şəhərində ikiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunmuş qran-pri turniri keçirilib. Corner.az xəbər verir ki, yanvarın 29-da qadınlardan ibarət millimizin üzvü Birgül Soltanova (62 kq) fəxri kürsüyə qalxıb.
 
1/4 finalda monqolustanlı Tserençimed Sukxeyə məğlub olan həmyerlimiz rusiyalı Alyona Timofeyevaya "tuşe" ilə qalib gələrək ənənəvi yarışın bürünc medalına sahib çıxıb.
 
Beləliklə, komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.
 
Xatırladaq ki, daha öncə Alyona Kolesnik (59 kq) yarışda çempion olmuşdu.






Offside