Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib. Corner.az xəbər verir ki, I dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 2-də və 5-də təşkil olunacaq.
Fevralın 2-də saat 15:00-da IV turun MOİK – “Sərhədçi”, ardınca 17:00-da isə “Murov” – “Neftçi” matçı keçiriləcək.
Fevralın 5-də isə III turdan təxirə salınan “Sərhədçi” – “Murov” qarşılaşması olacaq. Oyunun start fiti saat 15:00-da veriləcək.
Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.