2 fevral 2026. Bazar ertəsi

Klub avtobusu aşdı, 2 futbolçu yaralandı


  • Offside
  • 20:35 31.01.2022
  • Oxunma sayı: 142
Klub avtobusu aşdı, 2 futbolçu yaralandı
Latviyanın RFS klubunun avtobusu qəza keçirib. Corner.az xəbər verir ki, komanda üzvlərini yoxlama matçından gətirən avtobus bir maşınla toqquşub və aşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. İki futbolçu və bir işçi ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb. Futbolçulardan biri burnundan əməliyyat olunacaq. Digər yaralıların durumu isə yaxşıdır.








Offside