- Offside
- 12:26 26.11.2024
Kişilərdən ibarət “Sərhədçi” komandasının baş məşqçisi Qüdrət Məlikov və voleybolçusu Ramiz Bağırov COVID-19 virusuna yoluxub.
Corner.az-ın məlumatına görə, bununla əlaqədar klub rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb.
Müraciətdə hər iki şəxsin məşq prosesində komandanın digər üzvləri ilə təmasda olduqlarını nəzərə alaraq, fevralın 2-də və 5-də Azərbaycan Yüksək Liqasının müvafiq olaraq, MOİK, həmçinin “Murov”la oyunları başqa tarixə dəyişdirilməsi xahiş edilib.
Bu müraciət əsasında “Sərhədçi”nin hər 2 qarşılaşması təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.